Bu ilin I rübündə Azərbaycan Polşadan hava yük daşımalarının illik artım tempinə görə ilk 3-lükdə qərarlaşıb.
Polşanın Mülki Aviasiya İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, yanvar-mart aylarında Polşadan daşınan hava yüklərinin həcminin illik artım tempinə görə ilk yerlərdə ABŞ (9,2 min ton çox), Fransa (1,9 min ton çox) və Azərbaycan (0,5 min ton çox), pandemiyadan əvvəlki dövr- 2019-cü ilin ilk 3 ayı ilə müqayisədə isə ABŞ (10,5 min ton artım ilə), Almaniya (4,6 min ton) və Fransa (2,9 min ton çox) qərarlaşıb.
Hesabat dövründə Polşadan daşınan hava yüklərinin ümumi həcmi 45 min ton olub ki, bu da, illik müqayisədə 13,3 % və 2019-cu ilin I rübü ilə müqayisədə isə 65 % çoxdur.
report
Bizi sosial şəbəkələrdən izləyin!!