Azərbaycan Pakistanda keçiriləcək İT sərgisində iştirak edir | Banco.az

Azərbaycan Pakistanda keçiriləcək İT sərgisində iştirak edir

Azərbaycan bu gündən başlayaraq sentyabrın 2-nə qədər Pakistanın Karaçi şəhərində keçiriləcək “ITCN Asia” informasiya texnologiyaları (İT) sərgisində iştirak edir.

Məlumata görə, sərgi Karaçi Ekspo Mərkəzində təşkil edilib. Tədbirin əsas tərəfdaşları “Google”, “PASHA” və “UNIFONIC” şirkətləridir.

İT sərgisinə Azərbaycanla yanaşı Çin, Sinqapur, BƏƏ, Səudiyyə Ərəbistan və ABŞ da daxil olmaqla 8 ölkədən 100 xarici nümayəndə, ümumilikdə isə 450-dən çox təşkilat qatılıb.

Sərgidə qlobal brendləri nümayiş olunduğu 400-dən çox stend quraşdırılıb.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram