Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının bu gün Şuşada keçirilən 12-ci iclasında Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın Yenidənqurma və İnkişaf Fondu arasında Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması və energetika sahəsində əməkdaşlığın inkişafına dair sənədlər imzalanıb.
Banco.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Twitter" hesabında bildirib.
"Sənədlərin icrası iqtisadi tərəfdaşlığımızı və iki ölkənin biznes subyektləri arasında əlaqələri gücləndirəcək", - nazir qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!