Azərbaycan ötən il Gürcüstanın ən böyük ixrac tərəfdaşı olub | Banco.az

Azərbaycan ötən il Gürcüstanın ən böyük ixrac tərəfdaşı olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ildə Gürcüstanın xarici ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 12,5% artaraq 21,5 milyard dolları ötüb.

Banco.az Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycan Gürcüstanın ən böyük ixrac tərəfdaşı olub. Belə ki, ötən il Gürcüstandan Azərbaycana ixracın dəyəri 862 milyon dollar təşkil edib.

Bu da 2022-ci illə müqayisədə 28,2% çoxdur. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 14,2%-ni təşkil edib.

2022-ci ildə bu ölkədən Azərbaycana ixracın dəyəri 672,7 milyon dollar olub.

Qeyd edək ki, hesabat ilində Gürcüstanın ixracı 9,1% artaraq 6,09 milyard dollara, idxalı isə 14% artaraq 15,44 milyard dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram