Müəllif: Gülnar Əhmədli, Banco.az
Bolqarıstan 2025-ci ildə Azərbaycandan 92 milyon 288 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Bolqarıstanın idxal etdiyi neftin həcmi isə 169 min 526 ton təşkil edib.
Bolqarıstanın idxal etdiyi neftin dəyəri 2024-cü ilə nisbətdə 46 milyon 299 min dollar və ya 2 dəfə, miqdarı isə 88 min 673 ton və ya 2 dəfə artıb.
Qeyd edək ki, ötən il ən çox neft ixrac etdiyimiz birinci ölkə İtaliya (13,1 milyon ton) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
