Azərbaycan noyabrda "OPEC+" öhdəliyini 109% yerinə yetirib | Banco.az

Azərbaycan noyabrda "OPEC+" öhdəliyini 109% yerinə yetirib

Bu ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 708,4 min barel olub.

Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə hasil edilən karbohidrogenlərin 588,9 min barelini xam neft, 119,5 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 21-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barrel artırılaraq 647 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 71 min barel həcmində olması nəzərdə tutulurdu.

Beləliklə, Azərbaycan "OPEC+" çərçivəsində noyabr ayında öhdəliyini təxminən 109% yerinə yetirib.

Nazirlərin 22-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barel təşkil edir. Bu isə ölkəmizdə xam neftin ötən ayla müqayisədə dekabrda gündəlik olaraq 7 min barel çox, yəni 654 min barel istehsalına imkan yaradır.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram