Azərbaycan noyabrda "OPEC+" kvotasından 65 min barel geridə qalıb | Banco.az

Azərbaycan noyabrda "OPEC+" kvotasından 65 min barel geridə qalıb

Bu ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 771 ton olub.

Bunun 65 885 tonunu xam neft (486 min barel), 14 886 tonunu kondensat təşkil edib.

    Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 38-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.

    Ən sərfəli kredit üçün müraciət et

    Beləliklə, Azərbaycan noyabr ayında "OPEC+" çərçivəsində kvotasından 8 374 ton və ya 65 min barel geridə qalıb.

    apa