Azərbaycan niyə BRICS-ə üzv olmaq istəyir? | Banco.az

Azərbaycan niyə BRICS-ə üzv olmaq istəyir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

BRICS — beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (Brazil, Russia, India, China, South Africa, BRICS) bu qrupun üzvləridir.

2011-ci ilə qədər təşkilatla bağlı BRIC abreviaturası istifadə olunurdu. BRIC-ə CAR-ın birləşməsiylə əlaqədar 18 fevral 2011-ci ildə, hind maliyyə nazirinin ərizəsi üzrə bundan sonra qrup BRICS adını daşımağa başladı.

BRICS daxilində fəaliyyət

Braziliya — kənd təsərrüfatı məhsulu ilə zəngindir;

Rusiya — dünyada ən böyük mineral resursların ixracatçısıdır;

Hindistan — ucuz intellektual resurslar;

Çin — ucuz əmək resurslarının sahibidir;

Cənubi-Afrika respublikası — təbii resurslar.

İqtisadçı Natiq Cəfərli düşünür ki,  BRICS sırf iqtisadi təşkilatdır. İqtisadçı deyib ki, əsas hədəflərinə BRICS-ə üzv olan ölkələrin qarşılıqlı investisiyaların qorunması, qarşılıqlı ticarətdə güzəştli tariflərlə ticarət, yeni nəqliyyat dəhlizləri kimi məsələlər daxildir:

Ən sərfəli kredit üçün müraciət et

“Təşkilata daxil olan Çin, Hindistan, Braziliya, CAR-ın Avropa İttifaqı və ABŞ-la ümumi ticarət dövriyyəsi 3 trilyon dollardır. Bu isə o deməkdir ki, BRICS-in aparıcı 5 ölkəsindən 4-nün əsas ticarət tərərdaşları Avropa İttifaqı ilə ABŞ-dır, yəni, BRICS-ın Qərb ölkələrindən qarşılıqlı asılılığı var. Rusiya və İran xaric, digərləri məhz Qərb bazar iqtisadiyyatı modeli ilə idarə olunurlar. Hətta Rusiya və İranda həmin modelin elementləri - qiymətli kağızlar bazarı mövcuddur, orta-kiçik sahibkarlıqda rəqabət mövcuddur”.

Bəs  Azərbaycan niyə BRICS-ə üzv olmaq istəyir?

İqtisadçı vurğulayıb ki, ölkəmizin BRICS-ə üzv olması əsasən loqistika məsələlərilə bağlıdır:

“Coğrafi olaraq Çin və Hindistanın marağında olduğu yeni dəhlizlər, Orta Dəhliz, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin mərkəzində yer alan ölkə məhz Azərbaycandır. Çin və Hindistanın isə bu dəhlizlərdə mühüm maraqları var. BRICS-ə üzvlüyümüz Azərbaycana ziyan gətirməyəcək. Əgər münasibətləri doğru düzgün qura bilsək, BRICS Azərbaycana əlavə investisiyaların cəlb olunmasına şərait yaradan təşkilata da çevrilə bilər”.

Natiq Cəfərli onu da vurğulayıb ki, BRICS-ə üzvlüyün siyasi riskləri yox dərəcəsindədir - amma, iqtisadi riskləri var.

Ən sərfəli krediti almaq üçün müraciət et