Bu ilin yanvar-avqust aylarında Azərbaycan 749,132 milyon ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 195,409 milyon dollar (35,3%) çoxdur.
Hesabat dövründə nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 8%-ni təşkil edib.
Report.az