Azərbaycan neftinin qiyməti yenidən 115 dolları ötüb | Banco.az

Azərbaycan neftinin qiyməti yenidən 115 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.

Banco.az  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,54 ABŞ dolları və ya 2,25% artaraq 115,55 ABŞ dolları olub.

      Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 113,01 ABŞ dolları təşkil edib.