Azərbaycan neftinin qiyməti | Banco.az

Azərbaycan neftinin qiyməti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 25-i 66,24 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 2,25 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,26 dollar/barel azdır.

Ən sərfəli kredit üçün müraciət et

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 62,41 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 2,32 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 64,16 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 2,91 dollar/barel azdır.

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et