Neft deyərkən ilk ağıla yanacaq gəlsə də, gün ərzində istifadə etdiyimiz əksər məhsullar məhz neftdən hazırlanır. Buna görə də nefti qara qızıl adlandırırlar. Dizel, qaz, benzin və s. bu kimi yanacaq növləri neftdən alındığı hər kəsə məlumdur. Bundan başqa gündəlik həyatda istifadə edilən plastik, rezin və sintetik məhsullar da neftdən hazırlanır.
İnfoqrafik: Tahir Əsgərli
Həmçinin bax: Ehtiyatlar artır, ümidlər azalır - NEFT KƏSKİN UCUZLAŞIB
Bu səbəbdən neftin istehsalı, qiyməti və s. daim aktualdır. Xam nefti ən çox istehsal edən ölkə isə ABŞ-dır. ABŞ gün ərzində 12 milyon barel xam neft istehsal edir. Dünya üzrə istehsal olunan neftin 30%-i OPEC adı altında birləşən 14 ölkəyə (İran, İraq. Küveyt, Səudiyyə Ərəbistan, Venesuuela Liviya, BƏƏ, Əlcəzair, Nigeriya, Ekvador, Anqola, Qabon, Qvineya, Konqo) məxsusdur. 300 milyard barel ilə Venensuela ən çox neft rezervi olan ölkədir.
İnfoqrafik: Tahir Əsgərli
Ölkələr |
Gün ərzində xam neft istehsalı (barel) |
ABŞ |
12 108 000 |
Rusiya |
10 835 000 |
Səudiyyə Ərəbistan |
9 580 000 |
İraq |
4 620 000 |
Kanada |
4 129 000 |
Çin |
3 823 000 |
BƏƏ |
3 068 000 |
Küveyt |
2 652 000 |
Braziliya |
2 604 000 |
İran |
2 213 000 |
Azərbaycan nefti də qədim tarixə malikdir. Hətta dənizdə ilk neft Azərbaycanda çıxarılıb. İstehsal həcminə görə isə 769 min barellə 23-cü yeri tutur. 1994-cü ildə 19 ölkə arasında bağlanmış Əsrin müqaviləsi isə nə qədər dəyərli sərvətə sahiblik etdiyimizin göstəricisidir. Son 12 ildə Azərbaycan ən çox 2010-cu ildə neft istehsal edib. 2018-ci ildə isə bu göstərici 39 milyon ton olub. Azərbaycanın istehsal etdiyi xam neftin 82-83%-i ixrac olunur.
Həmçinin bax: Azərbaycan neftinin son qiyməti
İnfoqrafik: Tahir Əsgərli
İllər |
İstehsal |
2018 |
38 814 |
2017 |
38 688 |
2016 |
41 050 |
2015 |
41 628 |
2014 |
42 076 |
2013 |
43 457 |
2012 |
43 375 |
2011 |
45 626 |
2010 |
50 838 |
2009 |
50 416 |
2008 |
44 514 |
2007 |
42 598 |
Tərlan Qəhrəmanova, Banco.az