Ehtiyatlar artır, ümidlər azalır - NEFT KƏSKİN UCUZLAŞIB | Banco.az

Ehtiyatlar artır, ümidlər azalır - NEFT KƏSKİN UCUZLAŞIB

ABŞ-da xam neft ehtiyatlarının artması, ABŞ - Çin ticarət razılaşmasına ümidlərin azalması ilə əlaəqdar olaraq neft qiymətləri düşüb.

Neft qiymətləri Çərşənbə axşamı 3.2% geriləyib. 

ABŞ-da özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunin (API) məlumatlarına görə, ölkədə xam neft ehtiyatları keçən həftə 5.95 milyon barel artıb. Çərşənbə günü açıqlanacaq rəsmi məlumatlara görə isə,  ehtiyatların 1.5 milyon barel artması gözlənilir. 

Ən sərfəli kredit üçün müraciət et

ABŞ Senatı, Honq Konqda etirazçıları dəstəkləyən qanun layihəsini qəbul edib və bu vəziyyət, ehtimalla Çin ilə aparılan  ticarət danışıqlarını daha qarmaşıq bir hala gətirəcək. ABŞ Prezidentinin köməkçisi Mike Pence, Honq Konqdakı nümayişlərdə şiddət istifadə edilməsinin ABŞ baxımından ticarət razılaşmasını imzalamağı çətinləşdirəcəyini bildirib. 

Bakı vaxtı ilə saat 11:00-da Brent nefti 60,74 dollardan alıcı tapıb Dünən Brent neftinin qiyməti 63 dolları keçmişdi. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et