Azərbaycan nefti ötən il orta hesabla 45% bahalaşıb | Banco.az

Azərbaycan nefti ötən il orta hesabla 45% bahalaşıb

2022-ci ildə dünya bazarında “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 103,6 ABŞ dolları təşkil edib.

Bu barədə "2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"da bildirilir.

Sənədə əsasən, bu, 2021-ci ildəki orta qiymətdən 44,7 %, 2022-ci ilin dövlət büdcəsinin yenidən baxılması zamanı əsas götürülmüş göstəricidən isə 21,8 % çox olub.

“Qlobal iqtisadiyyatda və əmtəə bazarlarında hökm sürən qeyri-müəyyənliklər fonunda neft və təbii qaz qiymətləri proqnozları üstələyib. Enerji daşıyıcılarının yüksək qiymətləri əsasən Rusiya və Ukrayna arasında hərbi toqquşmaların baş verməsi, münaqişə səbəbindən sanksiyaların, ixrac və qiymət məhdudiyyətlərinin tətbiq olunması, eləcə də OPEC+ ölkələri arasında neft hasilatı səviyyəsinin azaldılmasına dair razılığın əldə edilməsi ilə bağlı olub", - deyə hesabatda qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et