Azərbaycan nefti 2%-ə qədər bahalaşıb | Banco.az

Azərbaycan nefti 2%-ə qədər bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,01 dollar yaxud 1,82% bahalaşıb.

"Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 56,39 dollara bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Mənbə: Report.az