Azərbaycan neft məhsullarının ixracını azaldıb | Banco.az

Azərbaycan neft məhsullarının ixracını azaldıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 91 079,73 min ABŞ dolları dəyərində 158 729,84 ton neft məhsulları ixrac edib.

Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 0,17%, həcmi isə 29,6% azalıb.

Xatırladaq ki, ötən il Azərbaycan 649 567,45 min ABŞ dolları dəyərində 1 341 851,3 ton neft məhsulları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 2,2 dəfədən çox, həcmi isə 26,1% artıb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram