Bu ilin yanvar-fevral ayları ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 539,1 milyon manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,3% artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu müddətdə neft məhsullarından sürtkü yağlarının istehsalı 2,2 dəfə, yanacaq mazutunun istehsalı 2,1 dəfə, neft bitumunun istehsalı 24,3%, avtomobil benzininin istehsalı 15,1%, dizel yanacağının istehsalı 9,5% artıb, neft koksunun istehsalı 1,2%, ağ neftin istehsalı 3,3%, neftkimya sənayesində istifadə üçün benzinin istehsalı isə 17,9% azalıb.
Azərbaycanda neft məhsullarının dinamikası:
Məhsul növləri |
2020-ci ilin yanvar-fevraı aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % |
Avtomobil benzini, min ton |
230,0 |
115,1 |
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton |
44,1 |
82,1 |
Ağ neft, min ton |
100,1 |
96,7 |
Dizel yanacağı, min ton |
371,8 |
109,5 |
Yanacaq mazutu, min ton |
19,9 |
2,1 d. |
Sürtkü yağları, min ton |
5,3 |
2,2 d. |
Neft bitumu, min ton |
30,2 |
124,3 |
Neft koksu, min ton |
39,5 |
98,8 |
APA