“Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası”nın yaranmasında 13 il ötür! | Banco.az

“Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası”nın yaranmasında 13 il ötür!

Bu gün Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiyasiyasının (ARPA) yaranmasından 13 il ötür.

ARPA İB olaraq yarandığı gündən etibarən ölkədə maliyyə və idarəetmə, sığorta və risklərin idarə olunması sahələrində peşəkarlıq mühitini inkişaf etdirmək məqsədini əsas tutaraq  bu sahələrin inkişafına töhfələr verə bilmək üçün peşəkar mədəniyyətin zənginləşməsi istiqamətində hər daim öz üzərində çalışaraq yeniliklərə və bir çox uğurlu layihələrə imza atmışdır. Bu layihələrdən CII (Chartered İnsurance İnstitute) tərəfindən regional səviyyədə təlim və imtahan keçirmək səlahiyyətini əldə etməsi, CII-ın rəsmi razılığı ilə tədris materiallarının tərtib edilməsi və Azərbaycanda sığorta sahəsində azərbaycan dilində ilk sertifikasiya proqramının – Peşəkar Sığortaçı Sertifikasiyasının (PSS) hazırlanması, “Peşəkar Mühasib” kursları, (KOS üçün MHBS, MHBS, Vergi, Mülki, Əmək və Büdcə qanunvericilikləri üzrə) aidiyyatı yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıqları böyük qürur hissi ilə qeyd edə bilərik.

Həmçinin əminliklə qeyd edə bilərik ki, qısa müddət ərzində ölkədə aktiv ictimai birliyə çevrilmiş və Peşəkar Mühasib Təşkilatı kimi Maliyyə Nazirliyi tərəfindən akkreditasiyadan keçmiş Assosiasiyanın bu illər ərzində göstərdiyi əzmkarlıq və peşəkarlığı bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və  Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına mühüm töhfələr verə biləcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et