Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin mart ayında Azərbaycan mobil internetin sürətinə görə 148 ölkə arasında 50,12 MB/S sürətlə 56-cı yerdə qərarlaşıb. Reytinqdə Azərbaycan fevral ayı ilə müqayisədə 3 pillə irəliləyib.
Banco.az “Speedtest Global Index”in hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 182 ölkə arasında 117-ci yerdə qərarlaşıb. Burada Azərbaycan 2 pillə geriləyib.
Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 38,32 MB/S olub.
Bizi sosial şəbəkələrdən izləyin!!