Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.
Bu, “İnkişaf üçün maliyyə” MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru Cəlal Əliyevdir.
O, indiyə qədər AMFA-nın İH-nin sədr müavini olub və yeni vəzifəsində Süleyman Kələşovu əvəz edib. Keçmiş sədr isə bundan sonra İH-nin üzvü kimi fəaliyyətini davam etdirəcək.
AMFA-nın İcraçı direktoru Jalə Hacıyevadır.
Report.az