Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan ötən ay 54 milyon 611 min dollar dəyərində 49 min 606 ton meyvə-tərəvəz ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 21,2% (9 milyon 561 min dollar), miqdarı isə 21,1% (8 min 642 ton) artıb.
2023-cü ilin eyni dövründə Azərbaycandan 45 milyon 50 min dollar dəyərində 40 min 964 ton meyvə-tərəvəz ixrac edilib.
Qeyd edək ki, 2024-cü ilin ilk ayında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2,96%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 24,59%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!