Azərbaycan Mərkəzi Bankının sədri milli iqtisadiyyatın vəziyyətini açıqladı | Banco.az

Azərbaycan Mərkəzi Bankının sədri milli iqtisadiyyatın vəziyyətini açıqladı

“Bu ilin əvvəlində biz gözlənilmədən çox ciddi xarici şoklarla üz-üzə gəldik”.

Bunu AzTV-nin efirində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

"Bütövlükdə koronavirus (COVID-19) pandemiyası, iqtisadi fəaliyyətin məhdudlaşdırılması, neft qiymətlərinin aşağı düşməsi, neft hasilatının azalması ilə bağlı OPEC+ sazişinə qoşulmağımız və sentyabr ayından Ermənistanın hərbi təcavüzü, təbii olaraq iqtisadiyyat üçün ciddi sınaq, ciddi şokdur. Ancaq hazırda iqtisadi terminologiya ilə desək, milli iqtisadiyyat ideal ştorm vəziyyətindədir.

Lakin vaxtında görülən tədbirlər, atılan addımlar bu gün imkan verir ki, Azərbaycan bu şokları minimallaşdırsın. Bu gün bizim iqtisadiyyatımız özünü normal hiss edir və biz tam olaraq makroiqtisadi sabitliyi qoruya bilmişik. İllik inflyasiya 3%-dən aşağıdır, milli valyutamız başqa ölkələrin valyutalarından fərqli olaraq sabitliyini qoruyub saxlaya bildi. ÜDM-nin baza sahələrində həm sənayə, həm də kənd təsərrüfatına əhəmiyyətli artıma nail olduq. Biz makroiqtisadi sabitliyi saxlamaqla və iş yerlərini qorumaqla, bütövlükdə gələn il iqtisadi artımı bərpa etmək və sürətləndirmək üçün yaxşı bir plastarm saxlamışıq” - o qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et