Azərbaycan Mərkəzi Bankının notlarının gəlirliliyi kəskin azalıb | Banco.az

Azərbaycan Mərkəzi Bankının notlarının gəlirliliyi kəskin azalıb

Azərbaycan Mərkəzi Bankının bu günə dövriyyədə 852,43 milyon manatlıq notu var.

Bu, aprelin 25-i ilə müqayisədə 21,94 milyon manat və yaxud 2,51% azdır.

Son 1 həftə ərzində AMB-nin notlarının illik gəlirliliyi isə 2,15 faiz bəndi azalaraq 6,76%-ə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, tənzimləyici qurumun İdarə Heyətinin qərarı ilə bu həftədən Azərbaycanda faiz dəhlizinin parametrləri 0,25 faiz bəndi azaldılıb. 

Report.az