​Azərbaycan Mərkəzi Bankında geniş toplantı keçirilir | Banco.az

​Azərbaycan Mərkəzi Bankında geniş toplantı keçirilir

Bu dəqiqələrdə Azərbaycan Mərkəzi Bankında (AMB) ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbərlərinin iştirakı ilə geniş toplantı başlayıb.

Banco.az "Report"a istinadən xəbər verir ki,  AMB-nin İdarə Heyətinin təşəbbüsü ilə keçirilən iclasda əsas diqqət dekabrın 21-də həyata keçirilən milli valyutanın ikinci devalvasiyasından sonra ölkə iqtisadiyyatında cərəyan edən proseslər, bunun istehlak bazarı və biznes sektoruna təsiri, nağd valyuta bazarında cari tələbatın artması və s. aktual mövzulara yönəldilib.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, devalvasiyanın bütövlükdə bank sektoruna təsiri, o cümlədən banklardan xarici valyutada kredit alan müştərilərin ödəniş prosesində üzləşdiyi çətinliklər, bankların kapital çatışmazlığı məsələsi və depozitlərin müştərilər tərəfindən geri çəkilməsi problemi əsas müzakirə predmetləridir.

Ən sərfəli krediti almaq üçün müraciət et