Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib | Banco.az

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib. 

Məlumata görə, faiz dəhlizinin yuxarı həddi 9% saxlanılıb, aşağı həddi isə 5,5%-dən 6,75%-ə qaldırılıb.

"Yaranmış vəziyyətdə AMB qlobal mühitdə və ölkə iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda monitorinq edir, xarici şokun ölkə iqtisadiyyatına təsirlərinin miqyasını qiymətləndirmək üçün davamlı təhlillər aparır", - qurum bəyan edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə mayın 1-də baxacaq. 

Report

Ən sərfəli krediti almaq üçün müraciət et