Azərbaycan Mərkəzi Bankı regionlarda yaşayan vətəndaşların işini asanlaşdırıb | Banco.az

Azərbaycan Mərkəzi Bankı regionlarda yaşayan vətəndaşların işini asanlaşdırıb

Azərbaycan Mərkəzi Bankı (AMB) paytaxtdan kənarda yaşayan, nəzarət subyektlərindən narazılığı olan maliyyə xidmətləri istehlakçılarının işini asanlaşdırıb.

Bundan sonra vətəndaşların qəbulu qurumun Sumqayıt və Yevlax şəhərlərində yerləşən ehtiyat mərkəzlərində də həyata keçiriləcək.

İstehlakçılar Sumqayıt şəhəri, 40-cı məhəllə, Cəfər Cabbarlı küçəsi, 1 və Yevlax şəhəri, Heydər Əliyev prospekti, 82 ünvanlarına yaxınlaşa bilərlər.

Bundan əvvəl isə maliyyə xidmətləri istehlakçılarının qəbulu AMB-nin Quba, Biləsuvar və Gəncə şəhərlərində yerləşən regional mərkəzlərində mümkün olub. Bakı şəhərində isə maliyyə xidmətləri istehlakçıları Səbail rayonu, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binada qəbul edilir.

Bundan əlavə, vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə qəbul zamanı növbəliliyin avtomatlaşdırılması üçün Növbə İdarəetmə Sistemi yaradılıb və maliyyə xidmətləri istehlakçılarının istifadəsinə verilmişdir. Bununla yanaşı, növbənin cbar.az saytı vasitəsilə onlayn şəkildə əldə edilməsi imkanı yaradılıb. Bu xidmətdən yararlanmaq üçün maliyyə xidmətləri istehlakçıları www.randevu.e-cbar.az səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər.

Qəbulda iştirak edən maliyyə xidmətləri istehlakçılarının AMB-yə müraciət ünvanlaması üçün ərizə otağında ərizə formasının yerləşdirilməsi ilə yanaşı, onlara “QR-kod” vasitəsilə onlayn qaydada müraciət etmə imkanı yaradılıb. Qəbul otaqlarında qəbulda iştirak edən istehlakçıların mövcud sistem və qəbul prosesi barəsində təəssüratlarının öyrənilməsi, onların məmnuniyyət səviyyəsinin ölçülməsi, həmçinin icraçı və qəbulu həyata keçirən əməkdaşların vətəndaş qəbulu ilə bağlı fəaliyyətinin təhlili və dəyərləndirilməsi üçün onların skan edə biləcəyi “QR-kod” yerləşdirilib, həmçinin anket forması hazırlanıb.

Ən sərfəli kredit üçün müraciət et

Hər hansı sual yarandığı halda istehlakçılar AMB-nin “966” nömrəli Qaynar xətti ilə əlaqə saxlaya bilərlər.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et