Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.
“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 200 mln. manat cəlb edilib.
Tələb isə bundan 2,87 dəfə çox - 574 mln. manat olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.