Müəllif: Samir Kərimov
Həmkarlarım, digər marketoloq və bloqerlər ikinci devalvasiya dalğası, böhranın təsirləri, ölkədəki problemlər və s. neqativ hallardan yazarkən, mən bu məsələlərə yumor tərəfindən yanaşmaq istədim. Onsuzda bizə gülməyə çox az vaxt qalıb…
Marketinqimizə yumor tərəfindən də baxaq
Bu yazıda mən Azərbaycanda mövcud biznes vəziyyəti barədə memləri hazırladım. Bütün marketinq və satış menecerləri belə hallar ilə rastlaşdığından, bu mövzu onlara çox yaxındır
Qeyd: Memlərin hazırlamasında ən böyük problem Ə hərfinin yaxşı şriftlərdə normal yazılmaması oldu. Ona görə onun ölçüləri bir az fərqlənir Üzürlü hesab edin
1. Bir çoxlarımız bu problem ilə rastlaşmışıq. Əvvəllər şirkət rəhbərlərin fikrincə satışın avtomat rejimində getməsi marketinqin lüzumsuz edirdi. Böhran zamanı isə satışlar düşəndə, marketinqə pul olmadığını söyləyirlər. Onların bu məntiqini başa düşən varsa, xahiş edirəm, şərhlərdə qeyd edin
2. Büdcəsiz marketinq barədə müxtəlif kitablar yazılsada, çox nadir hallarda marketinq kampaniyaları üçün vəsait tələb olunmur. Ona görə də marketoloqlar hər hansı bir kampaniyanın planı hazırlayanda büdcəni də hesablayırlar. Rəhbərlərin bütün marketinq planlarından xoşları gəlir…bir bənddən başqa: “XƏRCLƏR” bəndindən
3. Lakin elə xoşbəxt günlər olur ki, rəhbərlər nəhayət marketinqə vəsait ayırmağa qərar verirlər. Amma…bu o qədər cüzi məbləğ olur ki, az qala Zukerberqin marketoloqa yazığı gəlib əlavə 5-10$ verməyə hazırdır.
4. Azərbaycanlılarda və xüsusən şirkət rəhbərlərində səbr deyilən bir şey yoxdur. Marketoloqu işə götürərkən, ondan dərhal satışlarının qaldırılmasını, müştəri axının çoxalmasını tələb edir. Halbuki bu çox vaxt tələb olunan bir prosesdir.
5. Elə şirkətlər var ki, onlar sosial mediyaya hələ də ikinci və ya üçüncü dərəcəli marketinq aləti kimi baxırlar. Onlar nəinki Sosial Media aqentliklərinə bu işi həvalə etmək istəmirlər, həttastrategiyasız, plansız, büdcəsiz sosial mediyanı idarə etməyi fikirləşirlər. Belə işinin axırının necə olacağını hamımız xəbərdarıq.
6. Satış menecerlərin əsas məqsədi satmaqdır. Və onlar aylıq tarqeti vuranda dünyanın ən xoşbəxt insanları olurlar.
7. Təəsüf ki, bizdə HSBM sistemi (Həsən Soxdu Bas Məmmədi) hələ də çox aktualdır. Müştərilər ilə uzunmüddətli əlaqələr qurmaqdansa, onlara böyük qiymət oxuyaraq bir dəfə satmağı fikirləşirlər.
8. Gənc marketoloqlar və ya universiteti yenicə bitirmiş tələbələr xarici marketinq kitablarından nəzəriyyələri oxuyub, özlərini peşakar mütəxəssis kimi aparırlar. Bu böyük ambisiyalar onlara həm iş axtararkən, həm də iş vaxtı çox mane olurlar. Əlbəttə, bu hamıya aid deyil.
9. Lakin bütün çatışmazlıqlara baxmayaraq, Azərbaycan marketinqində irəliləyişləri görməmək olmaz. Arzuolunan sürətlə olmasa da, biz düzgün yoldayıq.
10. Məşhur “Game of Thrones” serialının qəhrəmanı Ned Stark demişkən: “Winter is coming”. Dostlar, böhran gəlir. Lakin, 5-10 manatı dollara çevirib panikaya düşmək lazım deyil. Gələcəkdə bizi böyük problemlər ilə parallel böyük imkanlar da gözləyirlər. Onlardan yararlanmaq üçün isə, çox çalışmaq lazımdır.
İşlərinizdə uğurlar!