“Azərbaycan Kredit Bankı” ASC-nin səhm emissiyası uğurla tamamlanıb | Banco.az

“Azərbaycan Kredit Bankı” ASC-nin səhm emissiyası uğurla tamamlanıb

Azərbaycan Mərkəzi Bankının məcmu kapitalla bağlı göstərişi yerinə yetirilib. Səhm emissiyası hesabına Azərbaycan Kredit bankının nizamnamə kapitalı 11,429 milyon manatdan 50,181 milyon manata çatdırılıb.

“Azərbaycan Kredit Bankı” işə hər birinin nominal dəyəri 224 manat olan 173 min səhm (38,782 min manatlıq) buraxmaqla başlayıb. Verilən məlumat əsasən burda əsas məqsəd kapitalı lazımı həddə çatdırmaqdan ibarətdir. Səhmlərin satışı uğurla həyata keçirilib. Belə ki, bütün səhmlər bankın öz səhmdarları tərəfindən satın alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bankın adı Bakı Fond Birjasında ilkin bazarda yerləşdirilmədə olan səhmlərin siyahısından çıxarılıb.

Ən sərfəli krediti almaq üçün müraciət et