Azərbaycan kiçik və orta biznes üçün vergi güzəştləri hazırlayır | Banco.az

Azərbaycan kiçik və orta biznes üçün vergi güzəştləri hazırlayır

Azərbaycanda kiçik və orta sahibkarların vergi yükü azaldıla bilər. “Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyində keçirilən mətbuat konfransında qurumun Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəis müavini Şamil Ərəbov məlumat verib.

Onun sözlərinə görə, sahibkarlıqla fiziki şəxs kimi məşğul olanların, işini istehsal üzərində qurmuş kiçik və orta sahibkarların gəlir vergisinin, hüquqi şəxslərin mənfəət vergisinin azaldılması ilə bağlı qanunvericiliyə dəyişikliklər təklif olunur. 

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, kiçi sahibkarların ödədiyi əlavə dəyər vergisinin azaldılması, Azərbaycana idxal olunan bütün xidmətlərin ƏDV-dən azad edilməsi də təkliflər sırasındadır.

Ən sərfəli krediti almaq üçün müraciət et