Azərbaycan İtaliyaya neft ixracını 45%-dən çox artırıb | Banco.az

Azərbaycan İtaliyaya neft ixracını 45%-dən çox artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

İtaliya bu ilin yanvar-may aylarında Azərbaycandan 3 milyard 88 milyon 100 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 567 milyon 955 min dollar və ya 22,5% çoxdur.

Hesabat dövründə İtaliyanın idxal etdiyi neftin həcmi isə illik müqayisədə 45,2% artaraq 5 milyon 731 min tona çatıb. 

Qeyd edək ki, bu dövrdə İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. Hesabat ayları ərzində iki ölkə arasındakı ticarət dövriyyəsinin dəyəri isə 5 milyard 338 milyon 759 min dollara bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram