Azərbaycan iqtisadiyyatının kredit yükü 2019-cu il dekabrın 1-nə 20,8%-ə enib.
Bu da iqtisadiyyatın kredit yükünün noyabr ayı ilə müqayisədə 1,4 faiz bəndi azalması deməkdir. 2018-ci ilin eyni dövrü ilə müqayisədə isə ölkə iqtisadiyyatının kreditlə yüklənməsi 3,5 faiz bəndi artıb.
Qeyd edək ki, 2019-cu il dekabrın 1-nə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 15 116,4 mln. manat, ÜDM istehsalının həcmi 72 852,2 mln. manat təşkil edib.
APA