Azərbaycan iqtisadiyyatına xarici investisiyalar azalıb | Banco.az

Azərbaycan iqtisadiyyatına xarici investisiyalar azalıb

2018-ci ilin yanvar-sentyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3 992,4 mln. manat vəsait yönəldilib.

Rəsmi statistikaya əsasən, bu investisiyaların 361,4 mln. manatı sentyabr, 396,3 mln. manatı avqust, 342,1 mln. manatı iyul, 466,2 mln. manatı iyun, 447,7 mln. manatı may, 592,2 mln. manatı aprel, 489,1 mln. manatı mart, 437,6 mln. manatı fevral, 459,8 mln. manatı yanvar ayında yatırılıb. Beləliklə, ötən ay ölkə iqtisadiyyatına investisiya qoyuluşunda əvvəlki ayla müqayisədə 8,8% azalma qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3217,0 mln. manatı (80,6%-i) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarına məxsus olub.

Report.az