Azərbaycan iqtisadiyyatı mayda 7,2% böyüyüb | Banco.az

Azərbaycan iqtisadiyyatı mayda 7,2% böyüyüb

Bu ilin may ayında Azərbaycan iqtisadiyyatı 7,2% böyüyüb.

Bu barədə Asiya İnkişaf Bankının (ADB) “Asian Development Outlook-2022” iyul hesabatında bildirilib. Məlumata görə, böyümə qeyri-neft sektorunda yüksək artımla bağlıdır.

ADB Qafqaz və Mərkəzi Asiya regionu üzrə ümumi daxili məhsul istehsalı (ÜDM) artımı ilə bağlı proqnozunu bu il üçün 0,2 faiz bəndi artıraraq 3,6%-dən 3,8%-ə yüksəldib.

Regionda ÜDM artımı gələn il üçün 4%-dən 4,1%-ə kimi artırılıb.

Bununla belə, bildirilib ki, qeyri-müəyyən geosiyasi mühit fonunda bu iqtisadiyyatlarda artım önümüzdəki aylarda azala bilər.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram