Azərbaycan iqtisadiyyatı 6%-ə yaxın böyüyüb | Banco.az

Azərbaycan iqtisadiyyatı 6%-ə yaxın böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 98,1 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % çox ümumi daxili məhsul (ÜDM) istehsal edib.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 2,5 % azalıb, qeyri neft-qaz sektorunda isə 10,1 % artıb.

Əlavə dəyərin 52,2 faizi sənaye, 7,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,0 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrində, 14,2 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,8 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 9748,9 manata bərabər olub.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram