Azərbaycan iqtisadiyyatı 4,8 faiz böyüyüb | Banco.az

Azərbaycan iqtisadiyyatı 4,8 faiz böyüyüb

Müəllif - Şəbnəm Mehdizadə, Banco.az

2022-ci ilin yanvar-noyabr aylarında ölkədə 121,4 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub.

Banco.az xəbər verir ki, bu göstərici  ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çoxdur. Belə ki, 2021-ci ilin yanvar-noyarbr aylarında ölkədə 80688,2 milyon ümumi daxili məhsul istehsal olunub.

Məlumat üçün qeyd edək ki, cari ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,4 faiz azalıb.  Qeyri neft-qaz sektorunda isə 9,2 faiz artıb.

ÜDM istehsalının 52,7 faizi sənaye, 8,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,3 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et