Azərbaycan iqtisadiyyatı 4 faizdən çox böyüyüb | Banco.az

Azərbaycan iqtisadiyyatı 4 faizdən çox böyüyüb

2024-cü ilin yanvar-aprel aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 38,2 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Belə ki, bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 0,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 7,7 faiz artıb. Əlavə dəyərin 40,3 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrində, 20,0 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 3748,1 manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram