Azərbaycan iqtisadiyyatı 3% artıb | Banco.az

Azərbaycan iqtisadiyyatı 3% artıb

2019-cu ilin yanvar-mart aylarında ölkədə 18 milyard 111,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilmişdir.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ÜDM istehsalının 46,0 faizi sənayenin, 10,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,5 faizi tikintinin, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 16,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,2 faizini təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Əhalinin hər nəfərinə düşən ÜDM 1835,1 manata bərabər olmuşdur.

2019-cu ilin yanvar-fevral aylarında ölkədə 11 milyard 484,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3  faiz çox ümumi daxili məhsul istehsal edilmişdi.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et