Azərbaycan iqtisadiyyatı 2 %-ə yaxın böyüyüb | Banco.az

Azərbaycan iqtisadiyyatı 2 %-ə yaxın böyüyüb

Bu ilin yanvar ayında Azərbaycanda 9 milyard 78,7 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 2,3 faiz artmışdır.

ÜDM istehsalının 33,9 faizi sənaye, 11,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi informasiya və rabitə sahələrinin, 23,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 884,5 manata bərabər olmuşdur.