Bu ilin I rübündə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 201 940 ton həcmdə neft məhsulları ixrac edib.
Verdiyi xəbərə görə, bu həcmdə neft məhsullarının dəyəri 100,987 mln. ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-mart ayları ərzində ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 27%, dəyəri isə 26% az olub.
Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,25% olub.
Report.az