Azərbaycan HR-larının iş məmnuniyyəti ilə bağlı anket araşdırmasının nəticələri | Banco.az

Azərbaycan HR-larının iş məmnuniyyəti ilə bağlı anket araşdırmasının nəticələri

Müəllif: Tehran Abdürrəhimov

HR-larımızın iş məmnuniyyəti ilə bağlı anket araşdırmasını ilk əvvəl universitetimizdə Araşdırma Metodları dərsi üçün final tapşırığı olaraq etməyi düşünürdüm. Daha sonra bu dərs üçün final tapşırığı dəyişdi, amma mən araşdırmanı aparmağa qərar verdim. Çünki, çalışanlarımızın iş məmnuniyyəti ilə maraqlanan, bunu artırmağın yolları haqqında baş sındıran HR-larımızın öz iş məmnuniyyətlərinin hansı səviyyədə olması mənə maraqlı gəlirdi. Yəqin ki, HR-larımız da bu haqda məlumatlarla tanış olmaq istəyər.

Daha çox xarici araşdırma nəticələri görürük və bəzilərimiz bu araşdırma nəticələrinin ölkəmiz üçün keçərli olmadığı düşüncəsindədir ki, heç də haqsız deyil. Apardığım bu araşdırma isə tam olaraq bizə aiddir, bizim ölkənin reallıqlarını və bizim HR-larımızın iş məmnuniyyətinə təsir edən faktorları qismən də olsa əks etdirir.

Anket araşdırmasında Paul E. Spector-un hazırladığı “İş məmnuniyyəti” (“Job Satisfaction”) anketi tərəfimdən (pis-yaxşı) tərcümə edilərək istifadə edilmişdir. Niyə bu anketi istifadə etdim? Çünki, iş məmnuniyyəti ilə bağlı aparılan araşdırmalarda daha çox bu formanın istifadə edildiyini və bu anketə etibar edildiyini araşdıraraq gördüm.

Anketlər vasitəsi ilə toplanan məlumatların analizi üçün SPSS (Statistical Package for the Social Sciences) proqramı istifadə edilib.

Anket araşdırmasının nəticələrinə keçmədən bir daha texniki imkanların daha yaxşı ola biləcəyi, doldurulması bir az çətin olan bu anketi dolduran, buna zaman ayıran bütünDəyərli HR Həmkarlara dərin minnətdarlığımı bildirirəm, hər birinizə tək-tək təşəkkür edirəm. Dəstəyiniz üçün çox sağ olun. Anketdə iştirak etməyən, edə bilməyən, etmək istəməyən Dəyərli HR Həmkarlarımızı da anlayıram. Bəlkə də güvənmədikləri üçün doldurmağı uyğun görmədilər, çünki məlumatların fərqli məqsədlərlə istifadə edilməsi ehtimalı var idi. Haqlıdırlar, mən SHRM, Deloitte və ya PwC qədər etibarlı mənbə deyiləm, amma əmin olun ki, bu məlumatlar əsla başqa məqsədlər üçün istifadə edilməyəcək. Məncə bu araşdırmadan sonra az da olsa etibarınızı qazana biləcəyəm.

Beləliklə, Azərbaycan HR-larının, yəni ölkəmizdə fəaliyyət göstərən HR-ların iş məmnuniyyəti ilə bağlı aparmış olduğum anket araşdırmasının nəticələri ilə tanış ola bilərsiniz.

İlk öncə onu bildirmək istəyirəm ki, anket sorğusu 7 yanvar 2016 – 8 fevral 2016tarixləri arasında keçirilib. Anket açıq şəkildə sosial mediyada olan insan resursları ilə bağlı qruplarda da paylaşılıb. 235 HR-a şəxsən müraciət edərək anket haqqında məlumat verdim və iştirak edərək dəstək olmalarını xahiş etdim. Bu 235 nəfərə aşağıdakı vasitələrlə yazdım:

 

Şəkil 1

Şəkil 1

Qeyd: * – 235 nəfərdən 1 nəfərə eyni zamanda LinkedIn və elektron poçtla, 3 nəfərə isə eyni zamanda LinkedIn və Facebook vasitəsi ilə müraciət edilib. Ona görə də müraciətlərin cəmi 239-dur.

Facebook vasitəsi ilə etdiyim 107 müraciətdən 54-ü, LinkedIn vasitəsi ilə 131 müraciətdən 18-i doldurulmuş anketlərlə cavab verdi. Elektron poçt vasitəsi ilə edilmiş müraciət cavabsız qaldı.

Ümumilikdə 72 HR anketləri doldurdu, bu da ümumi müraciət fonunda təxminən 31%deməkdir. Faiz olaraq pis nəticə deyil. Bundan sonra veriləcək bütün nəticələr bu 72 anketdəki məlumatlara əsaslanır.

Anket sorğusunda iştirak edən 72 HR-dan 22-si qadın, 50-si kişidir.

 

Şəkil 2

Şəkil 2

Sorğuda iştirak edən ən gənc HR-ın 21, ən böyüyünün isə 40 yaşı var. Yaş aralıqlarına baxdığımız zaman ən çox HR 26-30 yaş aralığındadır – 39 nəfər (54%). Yaş aralıqlarına aid diaqramda 72 nəfərin hansı yaş aralıqlarına aid olduğuna dair ümumi təsəvvür yaranır.

 

Şəkil 3

Şəkil 3

Anketdə iştirak edən HR-larımızın tam yarısı – 36 nəfər – universitetlərin bakalavrpilləsini bitirb. 31 nəfər magistratura və 5 nəfər isə doktorantura məzunudur.

Sorğuda iştirak edən 72 HR-dan 4-ü aldığı əmək haqq ilə bağlı məlumat verməyib, qalan 68 nəfərin əmək haqqı aralıqları bu şəkildədir.

 

Şəkil 4

Şəkil 4

Anket sorğusunda iştirak edən HR-ların 71%-i yerli şirkətlərdə/təşkilatlarda çalışır. Sadəcə 4 nəfər xarici şirkətlərdə, 17 nəfər isə müştərək şirkətlərdə fəaliyyət göstərir.

 

Şəkil 5

Şəkil 5

HR-larımız haqqında ümumi məlumatlarla tanış olduqdan və onlar haqqında təxmini təsəvvür əldə etdikdən sonra anket araşdırmasının əsas suallarına verilmiş cavablara keçək. Xatırladım ki, bu hissə 36 sualdan ibarətdir və mən bu sualları məzmun etibarilə yaxın olduqlarını düşündüyüm şəkildə qruplaşdırdım. Sizə bu nəticələri 10 ana başlıqaltında təqdim edirəm.

Onu da qeyd edim ki, anket sorğusunda iştirak edənlər suallara/fikirlərə aşağıdakı 6 variantdan birini seçərək cavab verib və ya münasibət bildirib:

  1. Qətiyyən razı deyiləm
  2. Razı deyiləm
  3. Qismən razı deyiləm
  4. Qismən razıyam
  5. Razıyam
  6. Tamamilə razıyam

İndi nəticələlə tanış ola bilərik.

Azərbaycan HR-larının aldıqları əmək haqqı, digər haqq və ödəmələr (benefits) ilə bağlı düşüncələri

HR-ların 38%-i aldığı əmək haqqının ədalətli olduğunu düşünür (razı və tamamilə razı olanlar). Sadəcə 4% bu mövzuda çox narazıdır (qətiyyən razı olmayanlar).

 

Şəkil 6. İşimin qarşılığında ədalətli əmək haqqı aldığımı düşünürəm

Şəkil 6. İşimin qarşılığında ədalətli əmək haqqı aldığımı düşünürəm

HR-ların 36%-i aldıqları əmək haqqı ilə təqdir edildiklərini (razı və qətiyyən razı olmayanlar), 25%-i isə təqdir edilmədiklərini hiss edir (razı və tamamilə razı olanlar).

 

Şəkil 7. Mənə verilən maaşı düşündüyüm zaman təqdir edilmədiyimi hiss edirəm

Şəkil 7. Mənə verilən maaşı düşündüyüm zaman təqdir edilmədiyimi hiss edirəm

Anket sorğusunda iştirak edən HR-ların 32%-i haqq və ödəmələrdən (benefits) razıdır (razı və tamamilə razı olanlar). İştirakçılardan 22% isə qismən razıdır.

 

Şəkil 8. Təşkilatda aldığım haqq və ödəmələr (benefits) ədalətlidir.

Şəkil 8. Təşkilatda aldığım haqq və ödəmələr (benefits) ədalətlidir.

HR-lardan 35% aldığı haqq və ödəmələrdən məmnundur (razı və qətiyyən razı olmayanlar). Sorğuda iştirak edənlərin 50%-i isə aldıqları haqq və ödənişlər mövzusunda müsbət fikirdə deyil (razı olanlar, qismən və tamamilə razı olnalar). Əslində bu nəticələrə Şəkil 8-də olan nəticələrlə eyni zamanda baxılarsa daha məzmunlu fikir yarana bilər.

 

Şəkil 9. İşimin qarşılığında mənə verilən haqq və ödənişlərdən (benefits) məmnun deyiləm.

Şəkil 9. İşimin qarşılığında mənə verilən haqq və ödənişlərdən (benefits) məmnun deyiləm.

Azərbaycan HR-larının 70%-i aldıqları haqq və ödəmələrin (benefits) digər iş yerlərində olduğu qədər yaxşı olduğu düşüncəsi ilə müəyyən qədər də olsa razıdır (razı, qismən və tamamilə razı olnalar).

 

Şəkil 10. İş yerimdə verilən haqq və ödəmələr (benefits) digər iş yerlərinin çoxunda olduğu kimi yaxşıdır.

Şəkil 10. İş yerimdə verilən haqq və ödəmələr (benefits) digər iş yerlərinin çoxunda olduğu kimi yaxşıdır.

İşlədikləri təşkilatda almalı olduqları, amma müxtəlif səbəblərdən ala bilmədikləri haqq və ödəmələrin (benefits) olması ilə razılaşan (28%) və razılaşmayan (29%) HR-ların sayı hardasa eynidir.

 

Şəkil 11. Təşkilatda almalı olduğumuz, amma ala bilmədiyimiz əlavə haqq və ödəmələr (benefits) var.

Şəkil 11. Təşkilatda almalı olduğumuz, amma ala bilmədiyimiz əlavə haqq və ödəmələr (benefits) var.

HR-larımızın iş yerlərindəki əmək haqqı artışları ilə bağlı fikirləri

Ölkəmizdə fəaliyyət göstərən HR-ların 40%-i əmək haqqı artışlarından məmnun deyil (razı və qətiyyən razı olmayanlar).

 

Şəkil 12. Əmək haqqımdakı artışlardan məmnunam.

Şəkil 12. Əmək haqqımdakı artışlardan məmnunam.

Araşdırmada iştirak edən HR-ların 74%-i işlədikləri təşkilatda maaş artışlarının az olduğu fikrini müxtəlif dərəcədə olsa da müdafiə edir (razı, qismən və tamamilə razı olanlar).

 

Şəkil 13. İş yerimdə maaş artışları az olur.

Şəkil 13. İş yerimdə maaş artışları az olur.

HR-lar vəzifədə yüksəlmə şansları ilə bağlı hansı fikirdədir?

İşdə vəzifə artımı şansı ilə bağlı HR-larımız daha müsbət düşünür. Onlarınn 47%-i vəzifə artımı şanslarının az olmadığını düşünür (razı və qətiyyən razı olmayanlar).

 

Şəkil 14. İşimdə vəzifə artımı şansı çox azdır.

Şəkil 14. İşimdə vəzifə artımı şansı çox azdır.

Aşağıdakı diqaram bir daha təsdiq edir ki, HR-larımız vəzifə artımı şansı ilə bağlı ciddi problemlər olduğunu düşünmür. Onların 51%-i vəzifədə yüksəlmək üçün kifayət qədər şanslarının olduğunu düşünür (razı və tamamolə razı olanlar), 22% də bu fikirlə qismən də olsa razıdır.

 

Şəkil 15. Vəzifədə yüksəlmək üçün kifayət qədər şansımın olduğunu düşünürəm.

Şəkil 15. Vəzifədə yüksəlmək üçün kifayət qədər şansımın olduğunu düşünürəm.

Öz işində yaxşı olanlara ədalətli bir şəkildə vəzifədə yüksəlmə şansının verilməsi mövzusunda HR-ların 62%-i müsbət düşünür (razı, qismən və tamamilə razı olanlar).

 

Şəkil 16. Öz işində yaxşı olanlara ədalətli bir şəkildə vəzifədə yüksəlmə şansı verilir.

Şəkil 16. Öz işində yaxşı olanlara ədalətli bir şəkildə vəzifədə yüksəlmə şansı verilir.

Yuxarıda verilmiş son üç diaqramdan da görünən müsbət tendensiyaya baxmayaraq HR-larımızın 57%-i vəzifədə yüksəlmə mövzusunda işlədikləri təşkilat ilə digər təşkilatlar arasında fərq olduğunu düşünür (razı olmayanlar, qismən və qətiyyən razı olmayanlar).

 

Şəkil 17. Bizim təşkilatdakı işçilər digər təşkilatlardakı işçilər qədər sürətli bir şəkildə vəzifədə yüksəlir.

Şəkil 17. Bizim təşkilatdakı işçilər digər təşkilatlardakı işçilər qədər sürətli bir şəkildə vəzifədə yüksəlir.

Azərbaycanda fəaliyyət göstərən HR-ların işlədikləri təşkilatların hədəfləri və öz işləri haqqında fikirləri

HR-ların tam yarısı üçün işlədiyi təşkilatın hədəfləri müəyyən qədər də olsa açıq və dəqiq deyil (razı olanlar, tamamilə və qismən razı olanlar). Digər 50% isə bu mövzuda müəyyən mənada daha nikbindir, onlara görə təşkilatlarının hədəfləri tam aydındır. Ümumilikdə bu ifadəyə münasibətlərin faiz göstəricilərinə diqqət etdiyimiz zaman 6 cavab variantının hardasa bərabər sayda seçildiyini görürük.

Ən sərfəli kredit üçün müraciət et

 

Şəkil 18. İşlədiyim təşkilatın hədəfləri mənim üçün tam olaraq açıq və dəqiq deyil.

Şəkil 18. İşlədiyim təşkilatın hədəfləri mənim üçün tam olaraq açıq və dəqiq deyil.

HR-larımızın 51%-i öz işlərinin kifayət qədər açıq, aydın və dəqiq olduğu fikrindədir (Razı  və qətiyən razı olmayanlar).

 

Şəkil 19. Etməli olduğum işlər kifayət qədər açıq və dəqiq deyil.

Şəkil 19. Etməli olduğum işlər kifayət qədər açıq və dəqiq deyil.

Anket sorğusunda iştirak edənlərin yarıdan çoxu (52%) işinin mənasız olduğu hissini yaşamır (razı və qətiyyən razı olmayanlar).

 

Şəkil 20. Bəzən işimin çox mənasız olduğunu hiss edirəm.

Şəkil 20. Bəzən işimin çox mənasız olduğunu hiss edirəm.

HR-ların təqdir edilmələri, mükafatlandırılmaları ilə bağlı düşüncələri

HR-larımızın 3/4-ü təqdir edildikləri ilə müəyyən mənada razıdır (razı, qismən və tamamilə razı olanlar).

 

Şəkil 21. İşimi yaxşı tamamladığım zaman təqdir edilirəm.

Şəkil 21. İşimi yaxşı tamamladığım zaman təqdir edilirəm.

Sorğuda iştirak edən HR-ların 31%-i təşkilatlarındakı işçilərin az mükafatlandırıldığı fikrindədir (razı və tamamilə razı olanlar).

 

Şəkil 22. Təşkilatımızdakı işçilər çox az mükafatlandırılır.

Şəkil 22. Təşkilatımızdakı işçilər çox az mükafatlandırılır.

Bu ifadəyə fikir bildirərkən HR-lar “qətiyyən razı deyiləm” cavabını bir dəfə də olsa seçməyib. Onların 36%-i işlərinin lazımi qədər mükafatlandırıldığı düşüncəsindədir (razı və tamamilə razı olanlar).

 

Şəkil 23. İşlərimin lazımi qədər mükafatlandırıldığını düşünürəm.

Şəkil 23. İşlərimin lazımi qədər mükafatlandırıldığını düşünürəm.

Bəs HR-lar öz işlərini bəyənirmi, öz işləri ilə qürur duyurmu, öz işlərindən məmnundurmu?

“İşimi bəyənirəm” ifadəsinə münasibət bildirərkən HR-ların “qətiyyən razı deyiləm” və “razı deyiləm” variantlarını seçməmələri xüsusi diqqət çəkir. HR-ların 75%-i işini bəyənir (razı və tamamilə razı olanlar). Ümumilikdə 97% işini bəyənmə mövzusunda müsbət fikirdədir.

 

Şəkil 24. İşimi bəyənirəm.

Şəkil 24. İşimi bəyənirəm.

HR-ların 69%-i öz işi ilə qürur duyur (razı və tamamilə razı olanlar). Bu ifadəyə münasibət bildirərkən HR-lar “qətiyyən razı deyiləm” variantını heç istifadə etməyib.

 

Şəkil 25. Öz işimlə qürur duyuram.

Şəkil 25. Öz işimlə qürur duyuram.

HR-ların 59%-nin iş yerindəki işləri etməkdən xoşu gəlir (razı və tamamilə razı olanlar). Bu ifadə üçün də “qətiyyən razı deyiləm” variantı istifadə edilməyib.

 

Şəkil 26. İş yerimdəki işləri etməkdən xoşum gəlir.

Şəkil 26. İş yerimdəki işləri etməkdən xoşum gəlir.

Anket sorğusunda iştirak edənlərin 54%-i öz işlərindən məmnun olduqlarını düşünür (razı və qətiyyən razı olmayanlar).

 

Şəkil 27. Öz işimdən məmnun olmadığımı düşünürəm.

Şəkil 27. Öz işimdən məmnun olmadığımı düşünürəm.

HR-larımızın 75%-i düşünür ki, onların təşkilatda etməli olduqları çox işi var(razı və tamamilə razı olanlar).

 

Şəkil 28. Təşkilatda etməli olduğum çox iş var.

Şəkil 28. Təşkilatda etməli olduğum çox iş var.

HR-ların təşkilatlarındakı formal işlər, yazışamalar və qaydalarla bağlı fikirləri

Araşdırmada iştirak edənlərin 1/4-i iş yerindəki qaydaların onlara mane olduğunu deyir (razı və tamamilə razı olanlar), bundan bir az artıq – 28% HR isə belə bir problemlə qarşılaşmadığını bildirir (razı və qətiyyən razı olmayanlar).

 

Şəkil 29. İş yerimdəki qaydalar işimi lazımi şəkildə yerinə yetirməyi çətinləşdirir.

Şəkil 29. İş yerimdəki qaydalar işimi lazımi şəkildə yerinə yetirməyi çətinləşdirir.

HR-ların 27%-i düşünür ki, formal işlər onlara nadir hallarda mane olur (razı və tamamilə razı olanlar).

 

Şəkil 30. Nadir hallarda formal işlər işimi yaxşı bir şəkildə tamamlamağa mane olur.

Şəkil 30. Nadir hallarda formal işlər işimi yaxşı bir şəkildə tamamlamağa mane olur.

32% HR işlədiyi təşkilatda yazışma və bənzər işlərlə çox məşğul olduğunu düşünür (razı və tamamilə razı olanlar).

 

Şəkil 31. Bu təşkilatda çox yazışma və bənzər işlərlə məşğul olmağa məcburam.

Şəkil 31. Bu təşkilatda çox yazışma və bənzər işlərlə məşğul olmağa məcburam.

HR-larımızın işlədiyi təşkilatlar nə qədər mübahisəli və davalı yerlərdir, onlar iş yerlərindəki ünsiyyət səviyyəsi ilə bağlı nə düşünür?

HR-ların tam yarısı düşünür ki, onların təşkilatında elə də çox mübahisə və dava olmur (razı və qətiyyən razı olmayanlar). 21% HR isə çox mübahisə və davanın olduğu bir təşkilatda işlədiyi fikrindədir (razı və tamamilə razı olanlar).

 

Şəkil 32. Bu təşkilatda çox mübahisə və dava var.

Şəkil 32. Bu təşkilatda çox mübahisə və dava var.

HR-ların 45%-i işlədikləri təşkilatların ünsiyyət səviyyəsindən məmnundur(razı və tamamilə razı olanlar).

 

Şəkil 33. İş yerimdə ünsiyyətin yaxşı səviyyədə olduğunu düşünürəm.

Şəkil 33. İş yerimdə ünsiyyətin yaxşı səviyyədə olduğunu düşünürəm.

Anket sorğusunda iştirak edənlərin 39%-i təşkilatda nə baş verdiyini yaxşı bildiyini deyir (razı və qətiyyən razı olmayanlar). Sadəcə 16% bu baxımdan məlumatsız qaldığını bildirir (razı və tamamilə razı olanlar).

 

Şəkil 34. Çox vaxt təşkilatımızda nə baş vediyini bilmədiyimi hiss edirəm.

Şəkil 34. Çox vaxt təşkilatımızda nə baş vediyini bilmədiyimi hiss edirəm.

HR-lar öz iş yoldaşlarını nə dərəcədə bəyənir, onları nə qədər səriştəli hesab edir?

HR-ların 63%-i bir yerdə işlədiyi insanları bəyəndiyini qeyd edir (razı və tamamilə razı olanlar).

 

Şəkil 35. Bir yerdə çalışdığım insanları bəyənirəm.

Şəkil 35. Bir yerdə çalışdığım insanları bəyənirəm.

Yuxarıdakı ifadəni müəyyən qədər təkrarlayan bu ifadədə də HR-ların münasibətləri müsbət istiqamətdədir. Onların 64%-i iş yoldaşlarını bəyənir (razı və tamamilə razı olanlar).

 

Şəkil 36. İş yoldaşlarımı bəyənirəm.

Şəkil 36. İş yoldaşlarımı bəyənirəm.

HR-larımızın 1/4-i iş yoldaşlarının səriştəsizliyindən və buna görə də işdə daha çox qalıb işləməli olduqlarından narazıdır (razı və tamamilə razı olanlar). Amma43% bu mövzuda hər hansı bir problem yaşamır (razı və qətiyyən razı olmayanlar).

 

Şəkil 37. İş yoldaşlarım səriştəsiz olduğu üçün işdə daha çox qalıb işləməli oluram.

Şəkil 37. İş yoldaşlarım səriştəsiz olduğu üçün işdə daha çox qalıb işləməli oluram.

HR-ların müdirləri haqqında düşündükləri

HR-ların 58%-i öz müdirini bəyənir (razı və tamamilə razı olanlar). Sadəcə 4%-in müdirlərini görməyə heç gözü yoxdur (qətiyyən razı olmayanlar).

 

Şəkil 38. Müdirimi bəyənirəm.

Şəkil 38. Müdirimi bəyənirəm.

Anket araşdırmasında iştirak edən HR-ların 67%-i düşünür ki, müdirləri onlara qarşı ədalətlidir (razı və qətiyyən razı olmayanlar).

 

Şəkil 39. Müdirim mənə qarşı ədalətli deyil.

Şəkil 39. Müdirim mənə qarşı ədalətli deyil.

HR-larımızın yarısı (49%) öz müdirlərini kifayət qədər səriştəli hesab edir (razı və tamamilə razı olanlar).

 

Şəkil 40. Müdirim öz işində kifayət qədər səriştəlidir.

Şəkil 40. Müdirim öz işində kifayət qədər səriştəlidir.

HR-ların 47%-i düşünür ki, müdirləri işçilərin hissləri ilə kifayət qədər maraqlanır (razı və qətiyyən razı olmayanlar).

 

Şəkil 41. Müdirim işçilərinin hissləri ilə çox az maraqlanır.

Şəkil 41. Müdirim işçilərinin hissləri ilə çox az maraqlanır.

Ən sərfəli krediti almaq üçün müraciət et