Azərbaycan Gürcüstanın 3-cü əsas ixrac tərəfdaşı olub | Banco.az

Azərbaycan Gürcüstanın 3-cü əsas ixrac tərəfdaşı olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsinin dəyəri 451 milyon 182 min dollara bərabər olub.

Banco.az Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, ilk 4 ayda Gürcüstandan Azərbaycana ixracın dəyəri 211 milyon 347 min dollar təşkil edib.

Bu da illik müqayisədə 1,8% azdır. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 8,7%-ni təşkil edib. Hesabat dövründə Azərbaycan Gürcüstanın 3-cü əsas ixrac tərəfdaşı olub. 2025-ci ilin eyni dövründə bu ölkədən Azərbaycana ixracın dəyəri 215 milyon 114 min dollar olub. 

Azərbaycandan idxal isə 239 milyon 835 min dollara bərabər olub. Bu isə illik müqayisədə 18,7% artım deməkdir. 2025-ci ilin eyni dövründə bu göstərici 202 milyon 128 min dollar təşkil edirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram