Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstandan 15 261 ədəd və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,15 dəfə çox avtomobil idxal edib.
Məlumata görə, 9 ay ərzində Gürcüstandan Azərbaycana ixrac edilmiş minik avtomobillərinin ümumi dəyəri 163,899 milyon ABŞ dolları təşkil edib. Bu isə illik müqayisədə 38,2% çoxdur.
Report.az