Bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan 96,6 milyon ABŞ dolları dəyərində 11 677 ədəd minik avtomobili idxal edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, bu, illik müqayisədə 1 870 ədəd və yaxud 13,8 % azdır.
Hesabat dövründə Gürcüstandan ümumilikdə 191 milyon ABŞ dolları dəyərində avtomobil təkrar ixraca yönəlib ki, bunun da 50,58 %-i Azərbaycanın payına düşüb.
report
Bizi sosial şəbəkələrdən izləyin!!