Bu ilin fevral ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 458 min barel təşkil edib.
Bu barədə OPEC xəbər verir.
Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı yanvar ayı ilə müqayisədə eyni olub.
Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın 2026-cı il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, fevralda faktiki hasilat 93 min barel geriləyib.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 466 min barel, ikinci rübündə 461 min barel, üçüncü və dördüncü rüblərdə isə 459 min barel təşkil edib.
2025-ci ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 461 min barel olub.
