Azərbaycan ət idxalına 37 mln. dollardan çox xərc çəkib | Banco.az

Azərbaycan ət idxalına 37 mln. dollardan çox xərc çəkib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana 37 milyon 297 min ABŞ dolları dəyərində 15 min 531 ton ət idxal olunub.

Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə idxal edilən ətin miqdarı 6,8% azalıb, dəyəri isə 9,7% artıb.

Belə ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana 34 milyon 14 min dollar dəyərində 16 min 662 ton ət idxal edilib.

Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,68%-ni təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram