Bu ilin iyun ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 14 051 min avro təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 2 dəfə azdır.
Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi aylıq müqayisədə isə 12,2% azalıb.
Bundan başqa, iyun ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 6 425,5 min avro təşkil edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 2,6 dəfə azdır. Aylıq müqayisədə isə artım 35,8% bərabər olub.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!