Azərbaycan əhalisi noyabrda avtomobil yanacağının alışını azaldıb | Banco.az

Azərbaycan əhalisi noyabrda avtomobil yanacağının alışını azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 1,869 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 2,2% azdır.

Təkcə noyabr ayında əhali 160,4 mln. manat dəyərində avtomobil benzini və dizel yanacağı satın alıb ki, bu da oktyabr ayı ilə müqayisədə 22,3% azdır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,3%-i avtomobil yanacağının alınmasına sərf olunub. Bu, illik müqayisədə 0,2 faiz bəndi azdır.

Apa

Ən sərfəli krediti almaq üçün müraciət et