Azərbaycan əhalisi nağd avro alışını avqustda kəskin azaldıb | Banco.az

Azərbaycan əhalisi nağd avro alışını avqustda kəskin azaldıb

Bu ilin avqust ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 10,72 mln. avro təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 3,7 dəfə azdır.

Banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi aylıq müqayisədə isə 49% azalıb.

Bundan başqa, avqust ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 6,44 mln. avro təşkil edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 48,1% azdır. Aylıq müqayisədə isə 32,5% artım müşahidə olunub.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et