Bu ilin mart ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd Rusiya rublu kütləsinin həcmi 430,58 mln. rubl təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 1,8 dəfə çoxdur.
Banklar tərəfindən əhaliyə satılan nağd rubl kütləsinin həcmi aylıq müqayisədə isə 52,3 mln. rubl və ya 13,8% artıb.
Bundan başqa, mart ayında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 953,3 mln. rubl təşkil edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 99,9 mln. rubl və ya 9,5% azdır. Aylıq müqayisədə isə azalma 190,54 mln. rubla və ya 16,7%-ə bərabər olub.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!